AZ

Fransa istehsalı olan “Mirage-2000” Ukraynada sıradan çıxdı


Fransa istehsalı olan “Mirage-2000” döyüş təyyarəsi Ukraynada sıradan çıxıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələri məlumat yayıb.
Bildirilib ki, təyyarə tapşırıq zamanı nasazlıq yaşayıb və pilot insident barədə uçuş komandirinə məlumat verib, sonra böhran vəziyyətləri üçün müəyyən edilmiş prosedurlara uyğun hərəkət edib.
Hərbi Hava Qüvvələrindən verilən məlumata görə, axtarış-xilasetmə qrupu pilotu tapıb, onun vəziyyəti stabildir, yerdə heç kim xəsarət almayıb.
Xüsusi komissiya aviasiya qəzasının səbəblərini araşdırır.
Seçilən
90
1
yeniavaz.com

2Mənbələr