İyulun 22-də “Fiorentina”nın sabiq müdafiəçisi Selesta Pinin cəsədi evində tapılıb.
Viral.az/” target=”_blank”>Viral.az xəbər verir ki, bu barədə “La Gazzetta dello Sport” yazır.
64 yaşlı əfsanəvi futbolçu ilə əlaqənin olmamasından narahat olan qohumu onun evinə baxış keçirib və cansız bədənini görüb.
Son Yazılar:
- Əfsanəvi futbolçu evində ölü tapıldı
- Bu rayonun bəzi kəndlərində işıq olmayacaq
- Avtomobil darvazaya çırpıldı – Sürücü öldü, 2 nəfər yaralandı
Qadın dərhal polisə zəng edib. Nəzərdən keçirilən versiyalardan biri intihar olsa da, hüquq-mühafizə orqanları digər halları da istisna etmir. Pin “Fiorentina”nın tərkibində doqquz mövsüm keçirib, 200 oyun oynayıb. 1984-cü ildə İtaliyanın U21 komandasının tərkibində gənclər arasında Avropa çempionatında bürünc medal qazanıb. 2022-ci ildə onun adı Florensiya təmsilçisinin şöhrət zalına daxil edilib.