Kürdəmir rayonunda məişət şəraitində baş verən hadisənin səbəblərinin müəyyənləşdirilməsi məqsədilə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) regional bölməsinin əməkdaşları müvafiq qurumlarla birgə araşdırmalar aparır.
Bu barədə Poliqon-a AQTA-dan məlumat verilib.
Qeyd olunub ki, agentliyin mütəxəssisləri hadisə yerinə baxış keçirərək, nümunələrin götürülməsi və laborator müayinələrə cəlb edilməsi istiqamətində müvafiq prosedurları icra edirlər.
İlkin ehtimala görə, hadisə ev şəraitində tələblərə riayət edilmədən hazırlanan və ya düzgün saxlanılmayan müxtəlif qidalardan baş verib.
Faktla bağlı araşdırmalar davam edir.
***
Kürdəmirdə baş verən kütləvi zəhərlənmə zamanı zəhərlənən şəxslərin adları məlum olub.
”Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, bunlar rayonun Cəyli kənd sakinləri:
2020 təvəllüdlü Xəlilov Əli Coşqun oğlu
2013-cü il təvəllüdlü Xəlilov Ömər Coşqun oğlu
1986-cı il təvəllüdlü Şükürova Asudə Əşrəf qızı
1997-ci il təvəllüdlü Şükürov Famil Habil oğlu
1974-cü il təvəllüdlü Şükürova Şamama Əjdər qızı
2008-ci il təvəllüdlü Şükürova Şəbnəm Qabil qızı
1994-cü il təvəllüdlü Şükürova Şəlalə Habil qızı1977-ci il təvəllüdlü Şükürov Qabil İsgəndər oğludur.
***
Kürdəmirdə qidadan zəhərlənənlərin sayı 8 nəfərə çatıb.
"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, onlardan 2-si uşaq, 6-sı böyükdür.
Onların hər biri Kürdəmir rayon mərkəzi xəstəxanasına yerləşdirilib.
Müvafiq qurumlar hələlik hadisə ilə bağlı açıqlama yaymayıb.
***
Kürdəmirdə kütləvi zəhərlənmə hadisəsi baş verib.
"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Cəyli kəndində qeydə alınıb.
Belə ki, kənd sakinləri qohumlarla birgə evdə yemək yedikdən sonra qəfildən onların halı pisləşib. Ümumilikdə 7 nəfər zəhərlənib. Onlardan biri uşaqdır.
Onlar dərhal təcili tibbi yardım briqadasının köməyi ilə Kürdəmir rayon mərkəzi xəstəxanasına çatdırıblar.
Hər bir şəxsə ilkin tibbi yardım göstərilib.
Həkimlər onların vəziyyətini orta ağır qiymətləndirir.
Poliqon.info