Bu barədə Demokrat.az-a AQTA-dan məlumat verilib.
Qeyd olunub ki, agentliyin mütəxəssisləri hadisə yerinə baxış keçirərək, nümunələrin götürülməsi və laborator müayinələrə cəlb edilməsi istiqamətində müvafiq prosedurları icra edirlər.
İlkin ehtimala görə, hadisə ev şəraitində tələblərə riayət edilmədən hazırlanan və ya düzgün saxlanılmayan müxtəlif qidalardan baş verib.
Faktla bağlı araşdırmalar davam edir.
***
08:43
Kürdəmirdə kütləvi zəhərlənmə hadisəsi baş verib.
Demokrat.az xəbər verir ki, hadisə rayonun Cəyli kəndində qeydə alınıb.
Belə ki, kənd sakinləri qohumlarla birgə evdə yemək yedikdən sonra qəfildən onların halı pisləşib. Ümumilikdə səkkiz nəfər zəhərlənib. Onlardan ikisi uşaqdır.
2020-ci il təvəllüdlü Əli Coşqun oğlu Xəlilov, 2013-cü il təvəllüdlü Ömər Coşqun oğlu Xəlilov, 1986-cı il təvəllüdlü Asudə Əşrəf qızı Şükürova, 1997-ci il təvəllüdlü Famil Habil oğlu Şükürov, 1974-cü il təvəllüdlü Şamama Əjdər qızı Şükürova, 2008-ci il təvəllüdlü Şəbnəm Qabil qızı Şükürova, 1994-cü il təvəllüdlü Şəlalə Habil qızı Şükürova, 1977-ci il təvəllüdlü Qabil İsgəndər oğlu Şükürov dərhal təcili tibbi yardım briqadasının köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Onlara ilkin tibbi yardım göstərilib. Həkimlər onların vəziyyətini orta ağır qiymətləndirirlər.
10Mənbələr
-
day.azKürdəmirdəki kütləvi zəhərlənmə hadisəsi ilə bağlı araşdırma aparılır ( 19616570)
-
baki-xeber.comAQTA Kürdəmirdəki kütləvi zəhərlənmə hadisəsi ilə bağlı araşdırma aparır ( 19616519)
-
referans.azKürdəmirdəki kütləvi zəhərlənmə hadisəsi ilə bağlı araşdırma aparılır ( 19616144)
-
ulusum.azKürdəmirdə kütləvi zəhərlənmənin səbəbi məlum olub ( 19615673)
-
sfera.azAQTA Kürdəmir rayonundakı zəhərlənmə ilə bağlı araşdırmaya başladı ( 19615577)
-
milli.azKürdəmirdəki kütləvi zəhərlənmə hadisəsi ilə bağlı araşdırma aparılır ( 19615304)
-
qafqazinfo.azKürdəmirdəki zəhərlənmə ilə bağlı - Rəsmi açıqlama ( 19613621)
-
aia.azKürdəmirdə kütləvi ZƏHƏRLƏNMƏ: Bir ailədən 8 nəfər... - YENİLƏNİB ( 19613387)
-
demokrat.azAQTA Kürdəmirdəki kütləvi zəhərlənmə hadisəsi ilə bağlı araşdırma aparır — YENİLƏNİB ( 19613348)
-
adalet.azKürdəmirdə kütləvi ZƏHƏRLƏNMƏ: Bir ailədən 8 nəfər... - YENİLƏNİB ( 19613327)