AZ

“Rosaviasiya” "Utair"ə Omskdan Bakıya reyslər üçün icazə verib

“Rosaviasiya” "Utair" aviaşirkətinə Omsk-Bakı marşrutu üzrə reyslərin həyata keçirilməsinə icazə verib.

Operativ Media xəbər verir ki, bu barədə “Rosaviasiya”nın qərarında qeyd olunub.

Sənədə əsasən, daşıyıcıya həftədə üç dəfəyə qədər Azərbaycan paytaxtına uçuş həyata keçirməyə icazə verilib.

Daşıyıcı ölkənin 4 yaşayış məntəqəsindən Bakıya uçuşlar üçün icazə alıb. Bu istiqamət üzrə, o cümlədən Omskdan birbaşa uçuşların başlanması planları barədə aviaşirkət nümayəndələri hələlik açıqlama verməyiblər.

Seçilən
143
4
operativmedia.az

5Mənbələr