Bakı. Trend:
İyulun 19-da Xankəndi şəhərində öz işinə başlamış “Rəqəmsalkeçidlər: Süni intellekt dövründə informasiya və mediadayanıqlılığının gücləndirilməsi” mövzusunda III Şuşa Qlobal MediaForumu ölkəmizdə gedən proseslərə, xüsusilə də Azərbaycanın xaricisiyasət strategiyasına beynəlxalq ictimaiyyətin marağının getdikcəartdığını bir daha nümayiş etdirdi.
Bu sözləri mətbuata verdiyi açıqlamasında Milli Məclisindeputatı Kamaləddin Qafarov deyib.
O bildirib ki, Forumda yerli media nümayəndələri ilə yanaşı, 52ölkədən 140 qonağın, 30-a yaxın informasiya agentliyinin və 80media qurumunun nümayəndələrinin yüksək səviyyədə təmsil olunduğununəzərə alsaq, bu tədbirin Azərbaycanın azad olunmuş ərazilərininbeynəlxalq nüfuzunun daha da yüksəlməsinə böyük bir töhfə olduğunuda aydın görərik.” Forumun açılışında aparılacaq müzakirələrin məhzmedianın çağırışlar və imkanlar qarşısında müqavimətiningücləndirilməsinə, o cümlədən, rəqəmsal transformasiyanın təsirinəvə müstəqil jurnalistikanın, sülhün, inkişafın, qarşılıqlıanlaşmanın daha da artırılmasına yönəlməsinin vacibliyi qeydolundu. Dünya KİV təmsilçilərinin suallarını cavablandıran cənabPrezident İlham Əliyev ən mühüm mövzuların mehriban şəraitdə açıqmüzakirələrinə böyük ehtiyac olduğunu diqqətə çatdırdı. Təəssüfdoğuran haldır ki, bu gün hələ də Azərbaycan haqqında beynəlxalqmediada, xüsusən də Qərb mediasında yayılan məlumatlar bir çoxhallarda həqiqətə uyğun olmur. Biz çox zaman faktlarınmanipulyasiyasının, yanlış narrativlərin şahidi oluruq. Möhtərəmdövlət başçımız “Berliner Verlag” qəzetinin redaktorunun sualınıcavablandırarkən bu məsələyə də konkret münasibət bildirdi. CənabPrezident qeyd etdi ki, ictimai rəyə əsasən media təsir edir,xüsusən də tanımadığınız ölkə haqqında təhlilə gəldikdə. Bu günisə, Qərbin ictimai rəyi və Qərb mediasının təsiri, Azərbaycanagəldikdə, çox mənfi və ədalətsizdir. Belə vəziyyətin aradanqaldırılmasının ən yaxşı yolu da məhz belə tədbirlərinkeçirilməsidir. Burada jurnalistlər, media, 50-dən çox ölkədənliderlər toplaşıb və ən yaxşı yol həmin insanların Azərbaycanagəlmələri və xalqın öz Prezidenti, hökuməti və inkişafı haqqında nədüşündüklərini öyrənməkdir. Sonra isə bütün bunlar barədəauditoriyaya həqiqəti söyləmək lazımdır. Əlbəttə ki, bu, qarşılıqlıanlaşmanı qat-qat yaxşılaşdıracaq.”
Millət vəkili daha sonra bildirib ki, Forumun gedişində cənabPrezident İlham Əliyevin toxunduğu mühüm məsələlərdən biri dəAzərbaycanın neokolonializmlə mübarizədə rolu ilə bağlı oldu: “YeniKaledoniya və Fransa arasında iyulun 12-də imzalanmış yenirazılaşmaya, eləcə də bir çox dəniz ərazilərində hələ də davam edənkolonializmə qarşı mübarizə ilə bağlı məsələlərə dövlət başçımızınrəyini öyrənmək məqsədilə Beynəlxalq Dekolonizasiya Cəbhəsininkatibinin verdiyi sualları cavablandırarkən Ölkə Prezidenti cənabİlham Əliyev ilk növbədə bildirdi ki, Fransa ilə Yeni Kaledoniyaarasında baş vermiş hadisə tarixi presedentdir və bu, hekayətinsonu deyil, yalnız başlanğıcıdır. Qoşulmama Hərəkatına sədrliyinilk ilindən başlayaraq Azərbaycan dekolonizasiya, müstəmləkə olanərazilərin müstəqilliyə və ədalətə qovuşması, eləcə də beynəlxalqtəşkilatların qəbul etdiyi qərarların icrası ilə bağlı səyləridəstəkləmiş və təşviq etmişdir. Bu, Qoşulmama Hərəkatının sədrikimi Azərbaycanın öhdəliyi, eyni zamanda, bir ölkə kimi mövqeyiidi. Çünki bu gün XXI əsrdə bir ölkə digər xalqı müstəmləkəhakimiyyəti altında saxlaya bilməz. Bu, hər hansı normal insandavranışına heç cür sığmır. Bu, xalqların fundamental hüquqlarına,onların azadlığına ziddir. Avropa qitəsinin əsas dəyərləri həminmüstəmləkə iddiaları ilə kobud şəkildə pozulur. Bununla AzərbaycanPrezidenti dünyaya demokratiya dərsi keçmək iddiasında olan bəziQərb liderlərinə bir daha əsil demokratiyanın nədən ibarət olduğunudərk etmələrinin zamanı gəldiyi barədə növbəti mesajınıgöndərdi”.