Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyilə Pediatrik Kardiologiya və Revmatologiya İctimai Birliyinin “Sağlamlıq üçün tibbi təfəkkürün inkişafı” layihəsi çərçivəsindənövbəti tədbiri Sabirabadrayonunda 22iyul 2025-ci il tarixində keçirilib.
QHT. az xəbər verir ki, Pediatrik Kardiologiya və Revmatologiya İctimai Birliyinin sədri, tibb üzrə fəlsəfə doktoru Sveta Rəfiyeva bildirib ki, layihə çərçivəsində Sabirabad şəhərində Bayraq Muzeyindətibbi maarifləndirmə tədbiri yüksək səviyyədə keçirildi. Dəstəyə görə hər kəsə təşəkkür edirik. Tədbirə50-yə yaxın rayon sakini ilə bərabər, SabirabadRayon İcra Hakimiyyətinin nümayəndələri və digər qurumların təmsilçiləriqatılmışdı. Öncə tədbirdə iştirakçılarına 15 sualdan ibarət tibbi maarifləndirici test vərəqi paylanıldı. Ümumiyyətlə, layihədə irəli sürülmüş ideya, insanların sağlamlıq məsələləri ilə bağlı məlumatlandırılması işi auditoriyanın böyük marağına səbəb oldu.
Təlimçi çıxış etməklə bərabər auditoriyanın suallarını cavablandırdı.
Tədbirin sonunda testin nəticələri elan olunması ilə iştirakçılar öz sağlamlıq durumu haqqında məlumat əldə etdilər. İştirakçılara sağlamlıq durumu və tibbi təfəkkürün inkişafı ilə bağlı tövsiyələr edildi.
Həmçinin tədbir iştirakçılarına əlavətest vərəqələrisonradan verildi ki, onlarda yaxınlarını, ailə üzvlərini, iş yoldaşlarınıvə digər şəxsləri tibbi test yoxlaşına cəlb etsinlər.
Tədbirin sonunda xatirə fotosu çəkilib.

