AZ

AMB: Yeni hedc mexanizmindən bütün kredit təşkilatları istifadə edə biləcək

Azərbaycan Mərkəzi Bankının (AMB) yeni hedc mezanizmindən bütün banklar və bank olmayan kredit təşkilatları (BOKT) istifadə edə biləcək.

“Report” xəbər verir ki, bunu AMB-nin sədri Taleh Kazımov rəhbərlik etdiyi qurumun faiz dəhlizinin parametrləri ilə bağlı qərarına həsr olunmuş mətbuat konfransında bildirib.

"Bu alətin tətbiqi zamanı əsasən kapitala və yaxud maliyyələşdirilən sahə üzrə kredit portfelinə baxılacaq. Hedc olunan vəsaitin bankın məcmu kapitalının 5 %- və yaxud kredit portfelinin 20 %-i qədər nəzərdə tutulur. Təsirlərə gəldikdə isə bankların bazar şəraitindən aslı olaraq 3-4 % xərci olacaq. Burda hər hansısa yüksək kredit riskləri yoxdur", - deyə o qeyd edib.

Seçilən
165
report.az

1Mənbələr