AZ

Çimərlikdə gün vuran yeniyetmə...

Sumqayıt şəhərində çimərlikdə ölüm hadisəsi baş verib.

Referans qafqazinfo.az-a istinadən xəbər verir ki, iyulun 21-i saat 16 radələrində şəhər ərazisində yerləşən çimərlikdə Abşeron rayon sakini 2011-ci il təvəllüdlü Azər Məcidovun halı pisləşib.

Xəstəxanaya çatdırılan yeniyetmə az sonra vəfat edib.

Bildirilib ki, talassemiya xəstəliyindən əziyyət çəkən Azərin çimərlikdə günvurmadan sonra halı pisləşib.

Araşdırma aparılır.

Seçilən
106
20
referans.az

10Mənbələr