AZ

Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı müzakirə edildi

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyətinin Türkiyəyə səfəri davam edir.

Müdafiə Nazirliyindən Publika.az-a verilən məlumata görə, səfər çərçivəsində qardaş ölkənin Prezident Administrasiyasının Müdafiə Sənayesi Komitəsinin sədri Haluk Görgün ilə görüş keçirilib.

“IDEF 2025” 17-ci Beynəlxalq Müdafiə Sənayesi Sərgisi çərçivəsində keçirilən görüşdə dostluq, qardaşlıq və strateji müttəfiqliyə əsaslanan Azərbaycan-Türkiyə hərbi əməkdaşlığının daha da genişləndirilməsinin ölkə başçılarının diqqət mərkəzində olduğu xüsusi vurğulanıb.

Seçilən
105
32
publika.az

10Mənbələr