Bakı. Trend:
Bu ilin oktyabr ayının sonunadək bütün banklarda QR-la ödəniştətbiq ediləcək.
Trend xəbərverir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov bugün keçirilən mətbuat konfransında deyib.
"Hazırda böyük layihələrimizdən biri ictimai nəqliyyatda bütünbank kartlarından ödənişlərin QR formada həyata keçirilməsidir", -o qeyd edib.
Xəbər yenilənəcək