Tovuzda yol nəqliyyat hadisəsi baş verib.
Bakues.az xəbər verir ki, hadisə rayonun Düz Cırdaxan kəndində qeydə alınıb. Hərəkətdə olan minik maşını idarəetmədən çıxaraq aşıb. Qəza zamanı 2 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.