Müdafiəçi Qela Due “Strasburq”dan Milana keçə bilər.
İdmanxeber.az-ın məlumatına görə, İtaliya klubu 22 yaşlı fil dişlisi üçün 22 milyon avro ödəməyə hazırdır. Futbolçunun klubu ilə hazırkı müqaviləsi 2029-cu ilə qədərdir.
“Transfermarkt” portalı futbolçunun dəyərini 18 milyon avro qiymətləndirir.
2024/25 mövsümündə Due bütün yarışlarda 34 matçda iştirak edib, 1 qol vurub və 2 məhsuldar ötürmə edib.