Bakı şəhəri və ətraf yaşayış məntəqələrində müşahidə olunan su təchizatındakı fasilələr müəyyən obyektiv səbəblərlə əlaqədardır.
Bu barədə Publika.az-a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib.
Qurumdan verilən məlumata görə, yay mövsümündə havaların kəskin istiləşməsi suya olan tələbatı artırır ki, bu da sudaşıyıcı kəmərlərin və qurğuların ifrat yüklənməsinə səbəb olur.
"Bu şəraitdə qəza risklərini minimuma endirmək və tələbatı optimal şəkildə qarşılamaq məqsədilə tənzimləyici tədbirlər görülür", - xidmətdən bildirilib.