AZ

Rəhman Hacıyev “Səbail”də

Bu yay “Neftçi”dən ayrılmış Azərbaycan millisinin yarımmüdafiəçisi Rəhman Hacıyev bundan sonra “Səbail”in uğurları üçün çalışacaq.

Arena.az xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.

31 yaşlı hücumameyilli yarımmüdafiəçi ilə 1 illik müqavilə imzalanıb.

Xatırladaq ki, Rəhman Hacıyev 2015-ci ildən “Neftçi”də çıxış edirdi. O, bir müddət “Keşlə”də (indiki “Şamaxı”) icarədə olsa da, yenidən paytaxt klubuna qayıdıb. Yarımmüdafiəçi “ağ-qaralar”ın heyətində keçirdiyi 233 oyunda 24 qol vurub, 22 məhsuldar ötürmə müəllifi olub.

Rəhman karyerası ərzində “Şamaxı” (53 oyun, 11 qol, 7 asist), “Bakı” (43 oyun, 2 qol), “Sumqayıt” (18 oyun, 3 qol) və “Qaziantep”də (8 oyun, 1 qol) də oynayıb.

Hacıyev Azərbaycanın U-19 və U-21 yığmalarında oynadıqdan sonra 2015-ci ildə əsas millimizdə debüt edib. Amma 31 yaşlı futbolçu millimizdə keçirdiyi 8 oyunda məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.

Seçilən
80
arena.az

1Mənbələr