Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Kimsəsiz Uşaqların Sosial Müdafiəsi” İctimai Birliyi tərəfindən icra edilən “Sənət və duyğu harmoniyasının təbliği” adlı sosial layihə uğurla həyata keçirilməkdədir.
Layihənin icrası valideyn himayəsindən məhrum olan uşaqların sosial və psixoloji reabilitasiyasına, onların yaradıcılıq imkanlarının inkişaf etdirilməsinə xidmət edir. Layihənin əsas məqsədi incəsənətin şəfalı və güclü təsir imkanlarından istifadə etməklə uşaqların psixoloji vəziyyətinin stabilləşdirilməsinə, travmatik təcrübələrin azaldılmasına və onların emosional inkişafına dəstək göstərməkdir.
Bu baxımdan layihə “Duyğulara sənətlə toxunuş” şüarı altında icra olunur və bu şüar, əslində, layihənin mahiyyətini və fəlsəfəsini tam şəkildə ifadə edir. Layihə çərçivəsində Gəncə şəhərində yerləşən Sosial Xidmətlər Agentliyinin 4 saylı Uşaq Evi Sosial Xidmət Müəssisəsində art-terapiya yönümlü rəsm dərsləri təşkil olunur. Dərslər uşaqlara həm texniki rəssamlıq bacarıqlarını öyrətmək, həm də onların daxili emosional dünyasını ifadə etmələrinə imkan yaratmaq məqsədi daşıyır. Uşaqlara yaradıcı mühitdə sərbəst işləmək fürsəti verilərək, özlərini ifadə etmələri, keçirdikləri hissləri vizual formada təsvir etmələri stimullaşdırılır. Layihəyə rəhbərlik edən Lamiyə İsazadə “Kimsəsiz Uşaqların Sosial Müdafiəsi” İctimai Birliyinin sədri olaraq, uzun illərdir valideyn himayəsindən məhrum uşaqlara dəstək göstərən müxtəlif sosial təşəbbüslərin müəllifi kimi tanınır.
Eyni zamanda, həmin qorxunu simvolizə edən rəsmin yandırılması psixoloji baxımdan onun şüuraltından çıxarılması və təsir gücünün aradan qaldırılması istiqamətində effektiv üsul kimi tətbiq olunur. Bütün bu tədbirlər valideyn himayəsindən məhrum uşaqların psixoloji rifahının yaxşılaşdırılmasına, onların gələcəkdə sağlam, sosial cəhətdən aktiv və özünə güvənən fərdlər kimi formalaşmalarına xidmət edir. “Sənət və duyğu harmoniyasının təbliği” layihəsi bir daha sübut edir ki, incəsənət təkcə yaradıcılıq forması deyil, həm də şəfa, inkişaf və ünsiyyət vasitəsidir. Bu kimi layihələrin davamlılığı, genişləndirilməsi və digər regionlarda da tətbiqi sosial siyasətin effektivliyinin artmasına, həssas qrupların cəmiyyətə inteqrasiyasına əhəmiyyətli töhfələr verəcəkdir.
"Cebheinfo.az"