Ajans.az xəbər verir ki, bu haqda İran mediası məlumat yayıb. Məlumata görə, ölkəyə daxil olmağa çalışan silahlı qruplaşma üzvlərinin açdığı atəş nəticəsində polkovnik-leytenant Səccad Ədib və kapitan Əli Budaq öldürülüb. Rəsmi məlumatda qruplaşmanın adı açıqlanmadan onlara ağır zərbə vurulduğu bildirilib.
Hələlik heç bir təşkilat silahlı qarşıdurmanın məsuliyyətini öz üzərinə götürməyib.