Bakı, 23 iyul, AZƏRTAC
Ötən gün Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində dənizdə nəzarətsiz ərazidə bir nəfərin batması barədə daxil olan məlumat əsasında Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən dərhal axtarışlara başlanılıb.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, axtarışlar nəticəsində dənizdə batan 2007-ci il təvəllüdlü Məhəmməd Oruc oğlu İsmayılovun meyiti suda tapılıb və çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.