AZ

“Traktor” Türkiyədə ikinci dəfə qələbə qazandı

İyulun 22-də “Traktor” komandası Türkiyənin “Gənclər birliyi” ilə dostluq görüşü keçirib.

Axar.az xəbər verir ki, bu haqda “Traktor” məlumat yayıb.

Türkiyə vaxtilə axşam saat 18:00-da, İran vaxtilə 18:30-da baş tutan qarşılaşmada Təbriz təmsilçisi 2-0 hesablı qələbə qazanıb.

Qeyd edək ki, hazırda Türkiyənin Bolu şəhərində təlim-məşq düşərgəsində olan “Traktor” komandası bundan əvvəl iyulun 18-də Türkiyənin “Sivasspor” komandasını da 4-0 hesabı ilə məğlub edib.

Seçilən
68
3
axar.az

5Mənbələr