AZ

Bu ölkədə uşaq oyuncaqlarının satışı qadağan edildi

ain.az, Missiya.az portalına istinadən məlumatı açıqlayır.

Əfqanıstanın cənubundakı Qəndəhar şəhərində "Taliban" rəhbərliyi kuklaların satışını qadağan edib. 

Missiya.Az xəbər verir ki, bununla bağlı, “Afghanistan International” məlumat yayıb. 

Qərar “Pis İşlərdən Çəkinmək və Yaxşı İşlərə Dəvət Nazirliyi” tərəfindən verilib. 

Qadağa uşaq oyuncaqlarının bütlərə bənzəməsi və bu səbəbdən İslamda haram sayılması ilə əsaslandırılıb. Şəhər rəhbərliyi kukla və oxşar oyuncaqların dərhal satışdan yığışdırılmasını əmr edib. 

Qərar ictimaiyyətdə geniş müzakirələrə səbəb olub.

Zərintac Mayisqızı 

Missiya.Az 

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
99
3
missiya.az

4Mənbələr