AZ

Memorandum imzalanıb, Zəngəzur dəhlizi “Tramp Körpüsü Nəqliyyat Dəhlizi” adlanacaq – KİV


Ermənistanla ABŞ arasında Zəngəzur dəhlizinə nəzarətlə bağlı “Tramp Körpüsü Nəqliyyat Dəhlizinin Yaradılmasına dair Anlaşma Memorandumu” adlı sənəd imzalandığı iddia olunur.
Yeniavaz.com
xəbər verir ki, bu barədə İspaniyanın “Periodista Digital” nəşri Fransadakı erməni diasporasının, adlarının açıqlanmasını istəməyən nümayəndələrinə, eləcə də Ermənistan Respublikasındakı hökumət dairələrinə istinadla məlumat yayıb.
Nəşr yazır ki, bu sənəd artıq Ermənistan, Azərbaycan və ABŞ tərəfindən təsdiqlənib.
Qeyd olunur ki, sözügedən nəqliyyat dəhlizi Ermənistan Respublikasının Sünik (Zəngəzur – red.) bölgəsindən keçəcək və ümumi uzunluğu 42 kilometr olacaq.
“Dəhliz Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək. Qeyd edək ki, Naxçıvan Ermənistanla İran arasında yerləşən strateji əhəmiyyətə malik bölgədir. Belə bir dəhlizin yaradılması 2020-ci il müharibəsindən və Ermənistanın Qarabağı itirməsindən sonra Azərbaycanın İrəvana qarşı əsas tələblərindən biri olub”, - məqalədə deyilir.
Sənəddə deyilir ki, Ermənistanın Sünik bölgəsi üzərində suverenliyi saxlanılır, lakin nəqliyyat dəhlizi müvafiq lisenziya almış ABŞ-də fəaliyyət göstərən özəl şirkəti tərəfindən idarə olunacaq:
“Dəhlizin istifadəsindən əldə ediləcək gəlirin bölgüsü bu razılaşmanın arxasındakı əsas maraqları üzə çıxarır. Belə ki, amerikalı idarəedici şirkət gəlirin 40%-ni alacaq, Ermənistan isə cəmi 30%-lik paya sahib olacaq. Beləliklə, Ermənistan ən azı 99 illik bir müddətə öz ərazisinin üzərindəki real nəzarətdən məhrum edilmiş olur”.
Qeyd olunur ki, memorandumda ABŞ qüvvələrinin Ermənistan ərazisində geniş şəkildə yerləşdirilməsi də nəzərdə tutulur:
Seçilən
8
10
yeniavaz.com

10Mənbələr