AZ

İlham Əliyev "ASAN xidmət"lə bağlı fərman imzaladı

Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Seneqal Respublikasının Dövlət İdarəçiliyi və Dövlət Xidmətlərində İslahatlar Nazirliyi arasında Anlaşma Memorandumu"nun təsdiq edilməsi haqqında Fərman imzalayıb.

News365.az xəbər verir ki, fərmanla 2025-ci il iyunun 3-də Bakı şəhərində imzalanmış Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ("ASAN xidmət") onun müddəalarının həyata keçirilməsini təmin etməlidir.

Seçilən
152
31
news365.az

10Mənbələr