Əfqanıstanın şimalında yerləşən Bağlan vilayətindəki kömür mədənində baş vermiş çökmə nəticəsində 6 işçi həlak olub, 12 nəfər isə yaralanıb.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə yerli “Bakhtar” agentliyi məlumat yayıb.
Bildirilib ki, vilayətdə yerləşən Karkar Kömür Mədənində dünən çökmə hadisəsi baş verib.
Faktla bağlı araşdırma aparılır.