AZ

Balakəndə kafeyə basqın: qadın ölümlə hədələndi

Balakən rayonunda yerləşən obyektlərin birində gecə saatlarında quldurluq hadisəsi qeydə alınıb.

Bu barədə Publika.az-a DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib.

Məlumata görə, kəsici alətlə kafeyə daxil olan naməlum şəxs qadın icarədardan kassada olan pulları tələb edib və verməyəcəyi təqdirdə onu ölümlə hədələyib.

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri ilə cinayət əməlini törətməkdə təqsirli bilinən 29 yaşlı Ramazan Ramazanov müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb.

Seçilən
30
23
publika.az

10Mənbələr