AZ

Yunanıstanda onlarla türk qaçqının sığınacaq statusu ləğv edilib

Cebheinfo saytına istinadən ain.az xəbər verir.

Yunanıstanda onlarla türk qaçqının sığınacaq statusu ləğv edilib.

"Cebheinfo.az" "Haber Global"a istinadən xəbər verir ki, Yunanıstanda Türk mafiyasının fəallığının artması hakimiyyət orqanlarını təşvişə salıb.

Məlumata görə, Yunanıstan hakimiyyəti sığınacaq statusunun ləğvi və cinayət şəbəkələrində iştirak edən Türkiyə vətəndaşlarının deportasiyası prosesini sürətləndirib.

Miqrasiya və Sığınacaq Nazirliyi ilə Vətəndaşların Müdafiəsi Nazirliyinin yaydığı məlumata görə, hazırda Yunanıstana qaçqın kimi gələn yüzlərlə Türkiyə vətəndaşına qarşı "cinayət işlərinə qarışmaq" iddiası qaldırılıb.

Yunanıstan hakimiyyəti onların beynəlxalq müdafiə statusunu kütləvi şəkildə ləğv etmək və sonradan deportasiya proseslərinə başlamaq niyyətindədir.

"Cebheinfo.az" 

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
55
3
cebheinfo.az

4Mənbələr