ain.az, Milli.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bu ilin yanvar-may aylarında Azərbaycana 3 ölkədən dəyəri 1,075 milyon ABŞ dolları olan 876,8 ton mühərrik benzinləri, tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox olmayan, 98 və ya daha çox oktan ədədi ilə (Aİ-98) benzin idxal edilib.
Milli.Az xəbər verir ki, bu barədə Trend Dövlət Statistika Komitəsindən məlumat əldə edib.
Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 135 min ABŞ dolları və ya 11,2%, həcm baxımından isə 110,1 ton və ya 11,1% azdır.
2025-ci ilin ilk 5 ayında Azərbaycanın "Aİ-98" markalı benzin aldığı ölkələr:
Ölkələr
Miqdar (ton)
Məbləğ (min ABŞ dolları)
Rusiya
240,11
294,37
Bolqarıstan
295,15
361,85
Rumıniya
341,6
418,8
Milli.Az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.