AZ

Sahib Rzayev idarə rəisi təyin edilib

Reyting.az saytına istinadən ain.az xəbər verir.

Ədliyyə Nazirliyinin İstintaq idarəsinə rəisi təyinatı olub.Reyting.az xəbər verir ki, ədliyyə naziri Fərid Əhmədovun əmri ilə Sahib Rzayev bu idarənin rəisi təyin edilib.Qeyd edək ki, S.Rzayev 1977-ci ildə anadan olub. 2001-ci ildə Bakı Dövlət Universitetinin hüquqşünaslıq ixtisası üzrə bakalavr dərəcəsini, 2011-ci ildə isə Bakı Dövlət Universitetində Beynəlxalq hüquq ixtisası üzrə əlavə təhsili fərqlənmə ilə bitirib.2006-cı ilədək daxili işlər orqanlarında müstəntiq, 2006-cı ildən 2023-cü ilə qədər Fövqəladə Hallar Nazirliyində şöbə, idarə və baş idarə rəisi vəzifələrində çalışıb. Bu ilin yanvar ayından hazırkı təyinatına qədər Ədliyyə Nazirliyinin İstintaq idarəsinin rəis müavini vəzifəsində işləyib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
27
16
reyting.az

10Mənbələr