AZ

“Grand-Mart” qida məhsulunu qiymətindən baha təklif edib

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanuna əsasən “Grand-Mart” Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) qarşı inzibati xəta protokolu tərtib edilib.

Bu barədə “Teleqraf”a agentliyin mətbuat xidmətindən məlumat verib.

Məlumatda qeyd olunur ki, şirkət satdığı qida məhsulunu üzərində göstərilən qiymətdən baha təklif edib. Bu hal “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 13-cü maddəsinin 1-ci bəndinin tələblərinin pozulması kimi qiymətləndirilib.

Qeyd edək ki, “Grand-Mart” MMC pərakəndə ticarət sektorunda təxminən 20 ildir fəaliyyət göstərir. Hazırda şirkətin ölkə üzrə 30-dan çox filialı mövcuddur.

MənbəOXU.AZ
Seçilən
126
2
banker.az

3Mənbələr