AZ

Rusiyanı məhkəməyə vermək istəyirik — Hökumənin atası

Aktau yaxınlığında qəzaya uğrayan Azərbaycan təyyarəsinin Rusiya hava məkanında vurulmasından yeddi aya yaxın vaxt keçir. Ancaq Rusiya rəsmiləri istintaq prosesi barədə Azərbaycana heç bir məlumat təqdim etməyib.

Azərbaycan Rusiyadan günahını etiraf etməsini, təyyarəni vuranların cəzalandırılmasını və ailələrə təzminat ödənilməsini tələb edir.

Rəsmi Bakı, həmçinin təyyarənin vurulmasına görə Rusiyanı məhkəməyə verməyə hazırlaşır. "Biz artıq Rusiya tərəfini məlumatlandırmışıq ki, beynəlxalq ədliyyə sisteminə müraciət edəcəyik. Biz müəyyən bir qovluq hazırlayırıq", - Prezident İlham Əliyev Xankəndidə keçirilən forumda bildirib.

Modern.az-a açıqlamasında qəza zamanı həyatını itirən Azərbaycan Milli Qəhrəmanı Hökumə Əliyevanın atası Cəlil Alıyev dövlətin bu qərarına sevindiyini bildirib.

“Dövlətin də bu sahədə bizə dəstəyi çoxdur, amma mənim qızımın və təyyarədə ölən insanların qatilləri buna görə cavab verməlidir. Bizi bu sahədə yönləndirən, kömək edən, əlaqə yaradan olsa Rusiyanı qızını itirən ata kimi mən də məhkəməyə vermək istəyirəm. Dekabr ayından gözləyirik ki, bu cinayətin üstü açılacaq, hələ də gözləyirik”- deyə C. Alıyev qeyd edib.

Seçilən
108
7
demokrat.az

8Mənbələr