AZ

Səfir: Ukrayna ilə İsrailin düşməni eynidir, biz eyni dronlarla vurulmuşuq

ain.az, Apa.az portalına istinadən məlumat yayır.

“Ukrayna ilə İsrailin düşməni eynidir, biz eyni dronlarla vurulmuşuq”.

APA xəbər verir ki, bunu Ukraynanın İsraildəki səfiri Yevgen Korniçyuk “The Times of Israel”ə müsahibəsində deyib.

O, iki ölkənin müştərək düşmənlər arasında əməkdaşlığa mane olmaq üçün birlikdə çalışacağını vurğulayıb.

Korniçyuk bildirib ki, bu gün İsrail və Ukrayna arasında aparılan strateji dialoq 2022-ci ildən bəri dayandırılan konsultasiya mexanizmini yenidən canlandırıb.

Ukrayna səfiri dialoqun növbəti mərhələsinin Ukrayna XİN rəhbərinin İsrailə səfəri zamanı reallaşacağını bəyan edib.

Bundan başqa diplomat iki ölkə arasında iqtisadi dialoqun yenidən başlaması üçün çalışdığını da diqqətə çatdırıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
34
5
apa.az

6Mənbələr