Demokrat.az "teleqraf"-a istindən xəbər verir ki, o, cəzasını çəkməsi üçün bu gün saxlanıldığı Penitensiar xidmətin Bakı İstintaq Təcridxanasından 9 saylı cəzaçəkmə müəssisəsinə göndərilib.
Qeyd edək ki, ötən həftə Bakı Apellyasiya Məhkəməsi A. Məmmədov və onun qardaşı Xəyyam Məmmədovla bağlı qərar verib.
Qərara görə, onların şikayətləri təmin edilməyib. Apellyasiya instansiyası məhkəməsinin qərarından sonra hökm qanuni qüvvəsini alıb.
Xatırladaq ki, Vəkillər Kollegiyasının üzvü Ceyhun Yusifovun həmkarı Adəm Məmmədov və onun qardaşı Xəyyam Məmmədova qarşı xüsusi ittiham qaydasında şikayətinə Nərimanov Rayon Məhkəməsində baxılıb.
Şikayət əsasında A. Məmmədov Cinayət Məcəlləsinin 147.2- ci (böhtan) və 148-ci (təhqir) maddəsi ilə təqsirli bilinib və 6 ay müddətə azadlıqdan məhrum edilib.
Onun qardaşı X. Məmmədov da eyni əməllərlə təqsirli bilinib və ona 6 ay müddətə islah işləri cəzası verilib.
A. Məmmədovun təsisçi və qardaşının baş redaktor olduğu saytda Ceyhun Yusifovun haqqında yalan məlumatlar yerləşdirilib.
“Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə görə, yalnız barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittihamedici hökmü olduqda vəkilin vəkillik fəaliyyətinə xitam verilir.
10Mənbələr
-
demokrat.azAdəm Məmmədov cəzaçəkmə müəssisəsinə köçürüldü ( 19637852)
-
azpolitika.infoAdəm Məmmədov cəzaçəkmə müəssisəsinə köçürüldü ( 19632428)
-
azpost.infoAdəm Məmmədov cəzaçəkmə müəssisəsinə köçürüldü ( 19629791)
-
azpost.infoAdəm Məmmədov cəzaçəkmə müəssisəsinə köçürüldü ( 19629659)
-
teleqraf.comAdəm Məmmədov cəzaçəkmə müəssisəsinə köçürüldü ( 19629230)
-
moderator.azAdəm Məmmədov həbsdə qaldı ( 19341796)
-
sitat.infoAdəm Məmmədov həbsdə qaldı ( 19341175)
-
buta.tvAdəm Məmmədov həbsdə qaldı ( 19340671)
-
axar.azAdəm Məmmədov həbsdə qaldı ( 19340677)
-
teleqraf.comAdəm Məmmədovun şikayəti təmin olunmadı ( 19339846)