AZ

Dəmir yolları ətrafındakı qanunsuz tikintilər uzun müddətdir davam edən problemdir - Bəxtiyar Hacıyev

Bakı.Trend:

Dəmir yollarının ətrafında qanunsuz tikintilər uzun illərdirdavam edən problemlərdən biridir.

Trend xəbərverir ki, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY)Kommunikasiya Departamentinin İctimaiyyətlə Əlaqələr Şöbəsininmüdiri Bəxtiyar Hacıyev deyib.

Onun sözlərinə görə, əsasən Abşeron dairəvi xətti üzrə dəmiryolu, o cümlədən Nərimanov-Böyükşor və Keşlə sahələrində mühafizəzolağını nəzərə almadan tikilən evlər ciddi təhlükə yaradır:

"Dəmiryol xətti çəkilərkən mütləq mühafizə zolağı da ayrılır. Buzolağın eni 20 metrdən 100 metrə, bəzi yerlərdə isə daha artıqsahəni əhatə edir və xüsusilə yanğın təhlükəsizliyi, qəza kimihalları nəzərə alaraq təyin olunur.

Azərbaycan Dəmir Yolları qanunsuz tikilən yaşayış vəqeyri-yaşayış obyektləri ilə bağlı davamlı monitorinq aparır.Qanunsuz tikililər aşkar edildikdə, müvafiq tədbirlər görülməsiüçün aidiyyəti qurumlara məlumat verilir.

Dəmir yolları ətrafındakı qanunsuz tikililər dövlətlayihələrinin həyata keçirilməsinə də maneələr törədir. “Bakışəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturununtəkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün DövlətProqramı”nda Abşeron dairəvi marşrutu üzrə bir sıra dəmiryolxətlərinin yenidən qurulması və təkmilləşdirilməsi nəzərdətutulur".

Qurum rəsmisi qeyd edib ki, qanunsuz tikililər dəmiryolxətlərinə mütəmadi göstərilən texniki xidmət və təmir işləriniçətinləşdirir:

"Qeyd edilən sıx məskunlaşma sakinlərin həyatını riskə atır. Buərazilərdə qatarların qarşısına qəfil insan və heyvan çıxma hallarıartıb ki, bu da bəzən faciə ilə nəticələnir. Sıx məskunlaşmahəmçinin qatarların aşağı sürətlə hərəkət etməsinə səbəb olur ki,bu da xidmət keyfiyyətinə mənfi təsir göstərir.

Onu da nəzərə almaq lazımdır ki, bu xətlərlə sutka ərzində ortahesabla 100 qatarla sərnişin daşımaları həyata keçirilir. Ayərzində daşınan sərnişin sayı təxminən 700-800 min nəfərarasındadır".

Seçilən
130
7
az.trend.az

10Mənbələr