AZ

Rusiya-Amerika razılaşarsa, dünya daha təhlükəsiz yerə çevriləcək

BAKI, 23 iyul. TELEQRAF

Ukraynadakı hərbi münaqişənin həlli üçün Rusiya və ABŞ arasında hərtərəfli əməkdaşlıq sazişi lazımdır ki, bu da bütün dünyada təhlükəsizliyi gücləndirəcək.

Teleqraf xəbər verir ki, bunu Nyu-Yorkda BMT-nin tədbirlərində iştirak edən Macarıstanın xarici işlər naziri Peter Szijarto deyib.

O qeyd edib ki, Nyu-Yorkda həmkarları, eləcə də BMT-nin baş katibi Antonio Quterreşlə görüşlərində bu fikri səsləndirmək niyyətindədir.

"Əgər yaxın həftələrdə və ya aylarda böyük, hərtərəfli Rusiya-Amerika razılaşması əldə olunarsa, dünya daha təhlükəsiz yerə çevriləcək və üçüncü dünya müharibəsi riski aradan qaldırıla bilər. Əgər belə bir razılaşma əldə olunmasa, Ukraynada hərbi münaqişə qızışarsa, bunun qlobal iqtisadiyyat və siyasət üçün gözlənilməz nəticələri olacaq və dünya üçüncü dünya müharibəsinin təhlükəsi ilə üzləşəcək", - o bildirib.

phrase_var_article.chosen
11
2
teleqraf.com

10phrase_var_article.sources