AZ

Rusiya Ukraynada NABU ətrafındakı vəziyyətdən istifadə etməyə çalışır Kəşfiyyat KONKRET

ain.az, Konkret.az portalına istinadən məlumat yayır.

Rusiya Ukraynada Milli Antikorrupsiya Bürosu (NABU) və Xüsusi Antikorrupsiya Prokurorluğu (XAP) haqqında qanuna qarşı etirazlardan yararlanmağa və ölkədə vəziyyəti gərginləşdirməyə çalışır.

KONKRET.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi (GUR) məlumat yayıb.

Kəşfiyyatın açıqlamasına görə, Moskva bu hadisələrdən istifadə edərək Ukraynanın müdafiə qabiliyyətinə zərbə vurmaq və beynəlxalq arenada ölkəni diskreditasiya etməklə Qərbin dəstəyini zəiflətmək niyyətindədir.

“Etirazların miqyasını artırmaq üçün Moskvadan təşkil olunmuş təxribatlar da istisna edilmir”, – deyə GUR-un məlumatında bildirilir.

Natiq Səlim,

KONKRET.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
53
1
konkret.az

2Mənbələr