AZ

Regional İnnovasiya İnqilabı - 32 startap öz məhsullarını yerli investorlara təqdim etdi (FOTO)

Bakı. Trend:

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin dəstəyi, SUP VCşirkətinin təşkilatçılığı ilə regionlarda “Innostart” layihəsinininkubasiya mərhələsinin “DemoDay” tədbirləri uğurla baş tutub.“DemoDay” tədbirində yerli dövlət və özəl təşkilatlarınnümayəndələri, innovasiya sahəsindən ekspertlər və müxtəlif startaptəsisçiləri qatılıblar.

“Innostart” inkubasiya proqramı çərçivəsində ümumilikdə 32startap qurulub. Onların 29-u MVP (Minimum Viable Product)mərhələsinə yüksələrək, ilkin məhsullarını bazara təqdim etməyəhazırdırlar. Həmçinin, 14 startap artıq ilkin satış həyata keçirmişvə aktiv satış prosesləri davam etdirməkdədir. Regionlar üzrəstartapların bölgüsü belədir: Sumqayıtda 10, Gəncədə 7, Lənkəranda7, Naxçıvanda isə 8 startap fəaliyyət göstərir.

Proqram müddətində iştirakçılar üçün iki fərqli inkubasiyamərhələsi təşkil olunub. Bu mərhələlərdə onlara biznes modellərinininkişafı, məhsulun təkmilləşdirilməsi, bazar araşdırması vəinvestorlarla əlaqələrin qurulması kimi sahələrdə dəstəkgöstərilib. Ümumilikdə 24 müxtəlif təlim keçrilmiş, startaplarınbacarıqları artırılıb və bazar şərtlərinə uyğunlaşmaları təminedilib. Bundan əlavə, iki fərqli istiqamətdə individual mentorluqproqramları həyata keçirilib ki, bu da layihələrin spesifikproblemlərinin həllində iştirakçılara kömək edib.

Regional DemoDay tədbirləri startapların təqdimatları üçün genişimkanlar təqdim edib. Növbəti mərhələdə startaplar öz ideyalarını“Grand DemoDay” tədbirində təqdim edəcəklər.“Grand DemoDay” tədbiriçərçivəsində çıxışı ilə fərqlənən ən yaxşı 4 startap ümumilikdə 50000 manat mükafat qazanacaq. Bu, innovativ ideyaların dəstəklənməsivə reallaşdırılması üçün mühüm stimuldur.

Bu inkubasiya proqramları regionlarda startap ekosisteminininkişafına, gənc təşəbbüskarların dəstəklənməsinə və innovasiyayönümlü iqtisadiyyatın formalaşmasına mühüm töhfə verir. Layihəninuğurla keçirilməsi gələcəkdə belə təşəbbüslərin genişləndirilməsivə innovativ layihələrin artmasına zəmin yaradır.

Regional
Regional
Regional
Regional
Regional
Regional
Regional
Regional
Seçilən
60
1
az.trend.az

2Mənbələr