AZ

Dəmiryolu xətləri arasındakı qanunsuz məskunlaşma ilə bağlı cinayət işi başlandı

BAKI, 23 iyul. TELEQRAF

Xəbər verdiyimiz kimi, Nərimanov–Böyük Şor və Bakı sərnişin–Keşlə dəmiryolu xətləri arasındakı ərazidə qanunsuz məskunlaşma son 3 ildə çoxsaylı bədbaxt hadisələrə, eləcə də dövlət layihələrinin reallaşdırılmasının çətibləşməsinə gətirib çıxarıb.

"Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) Kommunikasiya departamentinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyev Teleqraf-a açıqlamasında Nərimanov Rayon Polis İdarəsində qeyd edilən ərazilərin qanunsuz zəbt edilməsi, qanunsuz tikinti fəaliyyəti ilə bağlı cinayət işi başlandığını açıqlayıb.

Onun sözlərinə görə, müvafiq tədbirlərin görülməsi üçün ADY tərəfindən məhkəməyə müraciət olunub.

Seçilən
84
teleqraf.com

1Mənbələr