AZ

Paşinyan Anna ilə niyə evlənmədiyini açıqladı

“1990-cı illərdə müxalif siyasətlə məşğul olduğum üçün bilirdim ki, məni həbs edəcəklər, mühakimə edəcəklər və əmlakım müsadirə olunacaq”.

 

Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.

 

O bildirib ki, bu səbəbdən həyat yoldaşı Anna Akopyanla rəsmi nikaha daxil olmayıb:

 

“Mən yalnız bir səbəbdən evlənməmişəm – ailəmi qorumaq üçün. Aldığımız ev Annanın adına rəsmiləşdirilib, baxmayaraq ki, onu birlikdə almışıq. Mənə nə edəcəklərini başa düşürdüm. Və ən azı övladlarımın yaşayacağı yerin olmasını istəyirdim. Evlənməməyimizin başqa səbəbi yoxdur”./Yeniavaz.com 

Tarix: 23 İyul 2025, 20:47   
Seçilən
80
8
pravda.az

10Mənbələr