AZ

Ucarda yol qəzasında 11 nəfər xəsarət alıb - FOTO - YENİLƏNİB-1

Ucar rayonunda qeydə alınan yol-nəqliyyat hadisəsində xəsarət alanların sayı 11 nəfərə çatıb.

APA xəbər verir ki, xəsarət alanlar arasında “Mercedes Vito” markalı mikroavtobusun sürücüsü — Behçəli Fərid Pərviz oğlu və sərnişin — 2017-ci il təvəllüdlü Xədicə Məhərrəmova da var.

***

19:26

Ucarda baş verən yol qəzasında 9 nəfər xəsarət alıb.

APA-nın yerli bürosunun xəbərinə görə, qəzada xəsarət alanların 1962-ci il təvəllüdlü Cəmilə İbrahimova, 1988-ci il təvəllüdlü Rauf İmanov, 2024-cü il təvəllüdlü Əsra İmanova, 2022-ci il təvəllüdlü Leyla İmanova, 1994-cü il təvəllüdlü Zərnigar İmanova, 1987-ci il təvəllüdlü Fərqanə Məhərrəmova, 1992-ci il təvəllüdlü İsmət İbrahimli, 1992-ci il təvəllüdlü Aybəniz Abdullayeva və 1986-cı il təvəllüdlü Əlövsət Məhərrəmov olduğu bildirilir.

***

18.25

Ucarda yol qəzası olub.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə Bakı-Qazax magistralının rayon ərazisindən kecən hissəsində baş verib. "Mercedes sprinter"lə "Mercedes Vito"nun toqquşması nəticəsində xəsarət alanların olduğu bildirilir. Onlar Ucar Rayon Mərkəzi Xəstəxanasına catdırılıb.

Fakt araşdırılır.

Ucarda Ucarda Ucarda Ucarda Ucarda Ucarda Ucarda
Seçilən
51
14
apa.az

10Mənbələr