AZ

Elmar Baxşıyev: “Təcrübəsiz görünə bilərik, amma…”

“Araz-Naxçıvan”ın baş məşqçisi Elmar Baxşıyev Konfrans Liqasında sabah “Aris”ə (Yunanıstan) qarşı keçirəcəkləri oyundan öncə fikirlərini bölüşüb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis təşkil olunan mətbuat konfransında bunları deyib:

– Oyunun mahiyyətini hamı dərk edir. Matça yaxşı hazırlaşmışıq. Ümidliyik, inamlıyıq. Futbolçularım sabah meydanda ən yaxşısını etməyə çalışacaq. Yaxşı komandayıq. Təcrübəsiz görünə bilərik, amma komandam özünə inanır.

– Sizi narahat edən nədir?
– Yaxşı hazırlıq keçmişik. Daha artığını etməyə gücümüz var.

– “Araz-Naxçıvan”ın heyətində avrokubok təcrübəsi olan futbolçular var. Sizcə, bu amil oyuna müsbət təsir edə bilər?
– Komanda Konfrans Liqasında yeni ola bilər. Amma heyətdə olan futbolçular dəfələrlə belə yarışlarda iştirak ediblər. Yaxşı oyunçulara sahibik.

– İstədiyiniz futbolçuları gətirə bildiz?
– Sərəncamımda olan futbolçuların hamısını mən bəyənmişəm. Hamısı mənim oyun fəlsəfəmə uyğundur. Yoxlama oyunlarında öz ustalıqlarını göstərməyə çalışırdılar.

– Yeni oyunçular komandaya uyğunlaşa bilib?
– Yaxşı kollektivimiz var. Uyğunlaşma baxımından heç kimin sıxıntısı yoxdur.

– Azarkeşlərə nə demək istəyirsiz?
– Bizi dəstəkləsinlər. Onları sevindirməyə çalışacağıq.

– Mövsüm başlamadan öncə Naxçıvana gedib azarkeşlərlə görüşməyi düşünürsüz?
– Biz də onları görmək istəyirik. Sıx qrafikdəyik. Bizim təlim-məşq toplanışında naxçıvanlı azarkeşlər iştirak edirdi. Onlarla görüşmüşük. Nə vaxtsa Naxçıvana qayıdacağıq. İndiki durumda daha çox komandaya diqqət ayırırıq.

Seçilən
9
3
futbolpress.az

6Mənbələr