AZ

Markus Raşford rəsmən “Barselona”da!

“Mançester Yunayted”in 27 yaşlı sol cinah hücumçusu Markus Raşford bundan sonra “Barselona”nın uğurları üçün çalışacaq.

Arena.az bu barədə “Barselona”nın rəsmi sayıtna istinadən məlumat verir.

Kataloniya nəhəngi ingilis hücumçunu icarə əsasında heyətinə qatıb. Klublar icarə müqaviləsini 2025/2026-cı illər mövsümünün sonuna qədər müddətə razılaşdırıblar.

Markus Raşford “Mançester Yunayted”in məzunudur. İngilis futbolçu 2016-cı ilin yanvar ayından “qırmızı şeytanlar”ın əsas komandasında çıxış edirdi. Raşfordun İngiltərə nəhəngi ilə müqaviləsinin müddəti 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Raşford geridə qalmış 2024/2025-ci illər mövsümünün birinci yarısında “qırmızı şeytanlar” üçün 24 oyun keçirib, 7 qol və 3 məhsudlar ötürmə ilə fərqlənib.

Markusun “Mançester Yunayted”in heyətində çıxışının ümumi mənzərəsi isə 426 oyun, 138 qol və 79 məhsuldar ötürmədən ibarətdir.

Raşford ötən mövsümün ikinci yarısını isə “Aston Villa”da keçirib, “şirlər” üçün 17 oyuna 4 qol və 6 məhsuldar ötürmə ilə fərqlənib.

Markus “Mançester Yunayted”lə Avropa Liqasının (2016/2017), İngiltərə Kubokunun (2016, 2024), İngiltərə Liqa Kubokunun (2017, 2023), İngiltərə Super Kubokunun (2016/2017) qalibi olub. Raşford 2019/2020-ci və 2022/2023-cü illər mövsümlərində “Mançester Yunayted”də ilin futbolçusu seçilib.

Markus Raşford 2016-cı ilin may ayında debüt etdiyi İngiltərə yığmasının heyətində 62 oyuna, 17 qol vurub və 6 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 27 yaşlı ingiltərəli sol cinah hücumçusunun transfer dəyərini 50 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
157
1
arena.az

2Mənbələr