“Araz-Naxçıvan”ın futbolçusu Ürfan Abbasov Konfrans Liqasında sabah “Aris”ə (Yunanıstan) qarşı keçirəcəkləri oyundan öncə fikirlərini bölüşüb.
Futbolpress.az xəbər verir ki, müdafiəçi təşkil olunan mətbuat konfransında bunları deyib:
– Bizi ağır oyun gözləyir. Yaxşı hazırlaşmışıq. Ümid edirik ki, müsbət nəticə qazanacağıq.
– Rəqib təcrübəli komandadır. Bəs “Araz-Naxçıvan” hansı amilin hesabına sərfəli nəticə əldə edə bilər?
– Rəqibi təhlil etmişik. Baş məşqçi onların zəif və güclü tərəflərini bizə başa salıb. Rəqibin zəif nöqtələrindən istifadə etməyə çalışacağıq. Qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik.
– Türkiyədə yoxlama oyunları keçirdiniz. Sizcə, komandanın üstün cəhətləri hansılardır?
– Türkiyə Super Liqa təmsilçiləri ilə oynadıq. Yetərincə güclü komandalar idi. Komanda yenilənib, keyfiyyətli oyunçular gəlib. Hücumda daha yaxşı oynamağa çalışırıq.