Azərbaycan Premyer Liqasının gümüş mükafatçısı “Zirə” bu gün Avropa Konfrans Liqasının 2025/2026 mövsümündə ilk sınağına çıxıb.
Arena.az xəbər verir ki, Rəşad Sadıqovun rəhbərlik etdiyi kollektiv bu turnirin 2-ci təsnifat mərhələsində Xorvatiyanın “Hayduk” komandası ilə üz-üzə gəlib.
Azərbaycan və Xorvatiya təmsilçiləri arasındakı ilk görüş bu gün Bakıda baş tutub. 8-ci km qəsəbə stadionunda təşkil edilmiş oyunu Yunanıstandan olan hakimlər briqadası idarə edib.
Qəsəbə təmsilçisi çətin səfər matçı öncəsi doğma meydanda sərfəli nəticə qazanmağa çalışıb. Hesabı da Azərbaycan klubu açıb. Lakin təəssüf ki, ikinci hissədə xorvatlar bərabərlik qolunu vurmağı bacarıblar. Beləcə, ilk oyun bərabərliklə yekunlaşıb.
Bu komandalar arasındakı cavab görüşü bu ayın 31-də Splitdə baş tutacaq.
Avropa Konfrans Liqası
2-ci təsnifat mərhələsi, ilk oyun
23 iyul
Zirə – Hayduk 1:1
Qollar: Brahim Konate, 31 – Antoni Kalik, 68.
Hakimlər: Xristos Vargetis, Andreas Fotopulos, Konstantinos Staykos, Anastasios Papapetru (hamısı Yunanıstan).
Bakı. 8-ci km stadionu.
Zirə: 97. Tyaqo Silva, 32. Qismət Alıyev (k), 5. Anje Mutsinzi, 4. Ruan Renato, 20. İssa Cibrilla, 30. Rikardo Quima, 93. Brahim Konate, 17. Ayron Qomis, 10. Georgi Papunaşvili, 9. David Volkov, 11. Martins Junior.
Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 26. Stefan Akka, 14. Elçin Əlicanov, 97. Abdul Aziz Batibye, 16. Fuad Bayramov, 21. Hacıağa Hacılı, 57. Yusif Hacıyev, 99. Səlim Həşimov, 7. Rövlan Muradov, 48. Ramiz Muradov, 29. Ceyhun Nuriyev, 8. İsmayıl İbrahimli.
Baş məşqçi: Rəşad Sadıqov.
Hayduk: 1. İvitsa İvuşiç, 32. Şimun Hrqoviç, 31. Zvonimir Şarliya, 36. Marino Skelin, 8. Niko Siqur, 23. Filip Krovinoviç, 26. Marko Kapan, 37. Noa Skoko, 28. Roko Braykoviç, 10. Marko Livaya (k), 7. Antoni Kalik.
Ehtiyat oyunçular: 33. Toni Siliç, 41. İvan Pokrnjik, 4. Adrion Payaziti, 6. Mihael Japer, 11. Mişel Şeqo, 17. Dario Melnyak, 21. Rokas Pukştas, 22. Branimir Mlaçiç, 29. Fran Karaçiç, 34. Bruno Durdov, 38. Luka Hodak, 45. Yassin Benrabu.
Baş məşqçi: Qonsalo Qarsiya.