"Zirə" UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyununda Xorvatiya təmsilçisi "Hayduk"la heç-heçəyə razılaşıb.
Far.Az xəbər verir ki, cari mövsüm avrokuboklarda ilk rəsmi oyununa çıxan Rəşad Sadıqovun baş məşqçisi olduğu kollektiv 8-ci kilometr stadionunda rəqibi ilə 1:1 hesablı heç-heçə edib.
Bakı klubunun heyətində Brahim Konate (31) fərqlənib. Qonaqların heyətində isə Antoni Kalik (68) dəqiq zərbə müəllifi olub.
Qeyd edək ki, komandalar arasında cavab görüşü iyulun 30-da Xorvatiyada keçiriləcək.
***21:02
UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin "Zirə" - "Hayduk" (Xorvatiya) oyununda ikinci qol vurulub.
Far.Az xəbər verir ki, 8-ci km stadionunda keçirilən matçda hesab bərabərləşib - 1:1.
Qonaqların heyətində 68-ci dəqiqədə Antoni Kalik fərqlənib.
***20:04
UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin "Zirə" - "Hayduk" (Xorvatiya) oyununda hesab açılıb.
Far.Az xəbər verir ki, 8-ci km stadionunda keçirilən matçda ev sahibləri hesabda irəli çıxıb.
"Qartallar"ın heyətində 31-ci dəqiqədə Brahim Konate fərqlənib.
***19:39
UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin "Zirə" - "Hayduk" (Xorvatiya) oyunu start götürüb.
Far.Az xəbər verir ki, matç 8-ci km stadionunda keçirilir.
Qarşılaşmanı yunanıstanlı referi Kristos Vergetis idarə edir.