AZ

Putin əcnəbilərlə bağlı qərarı dəyişdi

  Rusiyada əcnəbilərə verilən elektron giriş vizalarının etibarlılıq müddəti 120 günə qədər artırılıb.

Referans xəbər verir ki, bu.barədə Rusiya Prezidenti Vladimir Putin qanun imzalayıb.

Qanuna əsasən əcnəbilərin Rusiyada qalma müddəti isə 30 günə çatdırılıb.

Qeyd edək ki, əvvəllər xarici vətəndaşlar üçün elektron viza ilə Rusiyada qalma 16, etibarlılıq müddəti isə 60 gün idi.

Qanun Rusiyaya turizm, biznes, humanitar və qonaq məqsədləri üçün gələn əcnəbilərin sayını artırmağa hədəflənib./Globalinfo.az   

Seçilən
86
11
referans.az

10Mənbələr