AZ

“Zirə” – “Hayduk” oyununda bərabərlik - VİDEO

Bu gün “Zirə” UEFA Konfrans Liqasındakı çıxışına start verib.

Bizim.Media xəbər verir ki, Rəşad Sadıqovun yetirmələri Xorvatiyanın “Hayduk” klubunu qəbul edib.
 

"Neftçi Arena" stadionunda keçiriləcək qarşılaşmaya saat 19:30-da start verilib. Matç 1:1 hesablı bərabərliklə başa çatıb.


Qeyd edək ki, cavab görüşü iyulun 31-də Split şəhərində baş tutacaq.

UEFA Konfrans Liqası

II təsnifat mərhələsi, ilk oyun

19:30 "Zirə" – "Hayduk" 1:1

Qollar: Brahim Konate, 31 - Antoni Kalik




Rəşad Rafiqoğlu, Bizim.Media

Seçilən
74
50
bizim.media

10Mənbələr