AZ

Buzovnada 12 milyona avtobus parkı tikilir

ain.az, Axar.az portalına istinadən məlumat verir.

Bakı şəhəri Xəzər rayonu, Buzovna qəsəbəsi Albalılıq ərazisində yeni avtobus parkı tikiləcək.

Axar.az xəbər verir ki, “BakuBus” MMC bununla bağlı "Bakıyaşayıştikinti" MMC ilə müqavilə imzalayıb.

Tikinti işlərinin dəyəri 12 milyon 922 min manat təşkil edir. Layihənin bu ilin dekabrına qədər tamamlanması planlaşdırılıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
88
4
axar.az

5Mənbələr