AZ

Konatenin zədəsi ciddidir

Qol.az saytına istinadən ain.az xəbər verir.

UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində Bakıda "Hayduk"la (Xorvatiya) keçirilən oyunda zədələnən "Zirə"nin futbolçusu Brahim Konate səfər matçında da iştirak edə bilməyəcək.

QOL.az xəbər verir ki, bunu komandanın baş məşqçisi Rəşad Sadıqov 1:1 hesabı ilə başa çatan matçdan sonra mətbuat konfransında deyib.

O, fransalı yarımmüdafiəçinin çiyninin çıxdığını bildirib: "Böyük ehtimalla səfər matçında meydana çıxa bilməyəcək. Adətən belə zədələr zamanı futbolçu 1 aya yaxın yaşıl meydanlardan kənarda qalır".

Xatırladaq ki, görüşdə "Zirə"nin yeganə qolunu Konate vurub. Qoldan 5 dəqiqə sonra isə rəqib futbolçu ilə mübarizə zamanı o, çiynindən xəsarət alıb və əvəzlənib. "Zirə" ilə "Hayduk" arasında cavab görüşü iyulun 31-də Xorvatiyada keçiriləcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
83
1
qol.az

2Mənbələr