Bakı. Trend:
İqtisadiyyat naziri Mikayıl Cabbarovun Çex Respublikasınaişgüzar səfəri çərçivəsində keçirilən görüşlərdə iqtisaditərəfdaşlığın gündəliyində duran məsələlər müzakirə olunub.
İqtisadiyyat Nazirliyindən Trend-ə verilən məlumata görə, nazir Mikayıl Cabbarovbu ölkənin sənaye və ticarət naziri Lukaş Vlçek ilə görüşüb.Görüşdə Azərbaycan-Çexiya əlaqələrinə önəm verildiyi, tərəfdaşlığıngenişləndirilməsində Azərbaycan Respublikası Hökuməti və ÇexiyaRespublikası Hökuməti arasında iqtisadi, elmi-texniki və mədəniəməkdaşlıq üzrə Qarışıq Komissiyanın rolu, qarşılıqlı səfərlərin,aparılan müzakirələrin əhəmiyyəti vurğulanıb. Tərəflər iqtisadiəməkdaşlıq kontekstində ikitərəfli ticarət dövriyyəsininartırılması, enerji, sənaye, nəqliyyat, tranzit, turizm vəinvestisiyalar üzrə birgə fəaliyyətin gücləndirilməsi imkanlarınınəzərdən keçiriblər.
Çex Respublikasının nəqliyyat naziri Martin Kupka ilə görüşdə dəAzərbaycanın sosial-iqtisadi hədəfləri və onlara nail olunmasıməqsədilə görülən işlər, əldə edilən nəticələr, ölkəmizin əlverişliişgüzar mühiti, yeni reallıqlar şəraitində artan nəqliyyat-tranzitpotensialı, sərmayədarlar üçün yaradılan imkanlar barədə məlumatverilib. Bildirilib ki, nəqliyyat və tranzit istiqamətləri Çexiyailə iqtisadi sahədə əməkdaşlığın prioritet istiqamətlərindəndir.Nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi layihələrinə dairfikir mübadiləsi də olub. Tərəflər innovativ ekosistem, kosmiksənaye və startaplar üzrə irəli sürülən təklifləri müzakirəediblər.
Çexiyanın “Agrofert” şirkətinin sədr müavini Petr Cingri iləgörüşdə isə aqrar sahədə səmərəli fəaliyyətin və dayanıqlıistehsala keçidin əhəmiyyəti vurğulanıb. Azərbaycanda xariciinvestorlar üçün yaradılmış fürsətlər və potensial əməkdaşlıqistiqamətləri diqqətə çatdırılıb. “Agrofert” şirkəti ölkəmizdəyaradılan əlverişli biznes mühitindən yararlanmaqla fəalişbirliyinə dəvət olunub.
“Skoda Group”un icraçı sədr müavini Tomas İqnaçak ilə görüşdəAzərbaycanın iqtisadi prioritetləri, ölkəmizdə yaşıltexnologiyaların tətbiqi barədə məlumat verilib. “Skoda Group” iləəməkdaşlıq və şirkətin müasir texnologiyalar sahəsində təcrübəsininAzərbaycanda tətbiqi imkanları barədə müzakirə aparılıb.