AZ

İsrail parlamenti İordan çayının qərb sahilinin ilhaqına səs verib

Knesset (İsrail parlamenti) İsrail hökumətini İordan çayının qərb sahilini ilhaq etməyə çağıran bəyannamə qəbul edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "Ynet" məlumat yayıb.

Sorğuya görə, Knessetin 120 üzvündən 71-i “İsrailin suverenliyinin Yəhudeya, Samariya və İordaniya vadisinə uzadılmasına dair” qətnaməni dəstəkləyib, yalnız 13-ü isə əleyhinə səs verib.

İordan çayının qərb sahili hazırda qismən Fələstin Muxtariyyətinin nəzarəti altındadır. Sənədin sadəcə deklarativ xarakter daşıdığı və hüquqi qüvvəyə malik olmadığı bildirilir.

Seçilən
80
1
operativmm.az

2Mənbələr