Futbol üzrə Azərbaycan çempionu “Qarabağ” bu gün UEFA Çempionlar Liqasının 2025/26 mövsümündə ilk sınağına çıxıb.
Arena.az xəbər verir ki, Ağdam təmsilçisi qitənin ən nüfuzlu klub turnirinin 2-ci təsnifat mərhələsində İrlandiyanın “Şelburn” komandası ilə qarşılaşıb.
Azərbaycan və İrlandiya çempionları arasındakı ilk görüş Dublin şəhərində baş tutub. “Tolka Park” stadionunda təşkil edilmiş görüşü Xorvatiyadan olan hakimlər briqadası idarə edib.
Qurban Qurbanovun çalışdırdığı kollektiv yeni avrokubok mövsümünə uğurlu start vermək və cavab matçı öncəsi üstünlük qazanmaq istəyirdi. “Qarabağ” buna möhtəşəm qələbə ilə nail olub.
Qeyd edək ki, bu komandalar arasındakı cavab görüşü iyulun 30-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Həmin görüşə saat 20:00-da start veriləcək.
UEFA Çempionlar Liqası
2-ci təsnifat mərhələsi, ilk oyun
23 iyul
Şelburn – Qarabağ 0:3
Qollar: Leandro Andrade, 12. Aleksey Kaşuk, 81. Nəriman Axundzadə, 85.
Hakimlər: Ante Çulina, Luka Puşiç, İvan Mihali, Mateo Erceq (hamısı Xorvatiya).
Dublin. “Tolka Park” stadionu.
Şelburn: 19. Lorkan Hili, 2. Şon Gennon, 4. Kameron Leduic, 29. Patrik Barrett (k), 3. Tayrek Uilson, 7. Harri Vud, 6. Conatan Lunni, 23. Kerr Makinroy, 14. Alister Kut, 27. Evan Keffri, 11. Ademipo Odubeko.
Ehtiyat oyunçular: 13. Vessel Speel, 50. Ali Topçu, 5. Ellis Çepmen, 8. Mark Koyl, 9. Şon Boyd, 10. Con Martin, 15. Samuel Boun, 16. Con O’Sallivan, 17. Den Kelli, 18. Ceyms Norris, 24. Luis Templ, 49. Reymond Offor.
Baş məşqçi: Cozef O’Brayen.
Qarabağ: 97. Fabian Buntiç, 18. Dani Bolt, 13. Bəhlul Mustafazadə, 2. Mateus Silva, 27. Toral Bayramov, 20. Kadi Borges, 35. Pedro Bikalyo, 11. Emmanuel Adday, 10. Abdullah Zubir (k), 15. Leandro Andrade, 90. Nəriman Axundzadə.
Ehtiyat oyunçular: 1. Şahruddin Məhəmmədəliyev, 99. Mateuş Koxalski, 21. Aleksey Kaşuk, 22. Musa Qurbanlı, 30. Ayxan Hüseynov, 44. Elvin Cəfərquliyev, 55. Bəhlul Hüseynov, 81. Kevin Medina.
Baş məşqçi: Qurban Qurbanov.